Tarix : 2022 Jan 04
Kod 62106

Təbrizdə şəhid Qasim Süleymaninin təsviri olan əl ilə toxunmuş xalçanın açılışı

Şəhid Hacı Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində Təbriz İslam Şurasının ictimai toplantısında Qasim Süleymaninin təsviri olan əl ilə toxunmuş xalçanın açılışı olub.
AranNews-in “İQNA”-ya istinadla verdiyi xəbərə görə, şəhid Hacı Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində 2 yanvarda Təbriz İslam Şurasının ictimai toplantısında Qasim Süleymaninin təsviri olan əl ilə toxunmuş xalçanın açılışı olub.
Mərasimdə Təbriz İslami Şurası sədrinin müavini Qulamrza Əhmədi genaral Qasim Süleymani, Əbu Mühəndis və onların vəfalı silahdaşlarının şəhadəti münasibətilə başsağlığı verərək deyib: “Bu şəhid komandirin xatirəsi dünya məzlumlarının qəlbində daim yaşayacaq.”
Xalq mədəniyyətində milli qəhrəmanlardan danışmaq və onları xatırlamağın böyük rol oynadığını qeyd edən Əhmədi deyib: “Hacı Qasim Süleymaninin xatirəsini yaşatmaq bizim üçün fəxrdir.”
Əhmədi general Qasim Süleymaninin insani keyfiyyətlərinə və bu şanlı şəhiddən alınan ilhama ümid bəsləndiyini bildirərək qeyd edib ki, şəhid sərdarın xatirəsi məzlumların və azadlıqsevərlərin qəlbində ümid yaradır.
O vurğulayıb: “Qasim Süleymaninin şəhid olduğu gün “Müqavimət Günü” adlandırılıb və bu, bir növ xalqın könüllü hərəkəti ilə formalaşıb və xalq vilayətçi şəhidin şəhadət gününü Milli Qəhrəman günü adlandırıb.”
Şəhid general Hacı Qasım Süleymaninin təsviri işlənilmiş xalçanı toxuyan Nasir Nizamidust da mərasimdə çıxış edərək deyib: “Bu xalça dünyada ilk dəfə olaraq üç ölçülü şəkildə toxunub, tamamilə əl ilə toxunmuş və iynəsiz işlənmişdir, aşağı hissəsində də 6 firuzədən istifadə olunub.”

 
  • Yazılıb
  • da (də) 2022 Jan 04
  • Göndərən جهان کمالی