Tarix : 2022 Jan 05
Kod 62107

Təbriz Universitetində Şəhid Süleymaninin şəhadətinin ikinci ildönümü mərasimi keçirilib - FOTO

Təbriz Universitetində Şəhid General Hacı Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AranNews - Təbriz Universitetində universitet müəllimləri, əyalət rəsmiləri, tələbələr və Müqavimət Cəbhəsinin əziz şəhidini sevənlərin iştirakı ilə Şəhid General Hacı Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Bu mənəvi mərasimində Ali Rəhbərin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin cümə imamı Höccətül-İslam vəl-müslimin Seyid Məhəmməd Əli Ali-Haşim, İmam Zaman (əc) adına mexaniki briqadanın komandiri General Mustafa Məhəmmədi və Təbriz Universitetinin mədəni və ictimai işlər üzrə rektor müavini Höccətül-İslam doktor Səid Əlizadə, Şəhid General Hacı Qasim Süleymaninin şəxsiyyətindən danışdılar.
Mərasimdə bu uca məqamlı şəhidin döyüş yoldaşı, başda Şəhid Süleymani olmaqla, İraq və Suriyada hərəmi müdafiə edən şəhidlərin xidmət və zəhmətlərini yüksək qiymətləndirdi, batillə (təkfirçi-terrorçularla) döyüş meydanlarında onunla olan xatirələrindən danışdı.





















 
  • Yazılıb
  • da (də) 2022 Jan 05
  • Göndərən جهان کمالی