Azərbaycan Respublikasının un və çörək istehsalçıları, qiymətlərin artırılması ilə bağlı kollektiv müraciətlə çıxış ediblər.
Arannews :Müraciətdə qiymət artımı dünya qiymətlərinin artması və böyük miqdarda taxılın idxalı ilə izah olunur.
Bunun nəticəsində 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 36 manata (28 manat olub) qədər artacaq. Nəticədə çörəyin qiyməti 30 qəpikdən 40-45 qəpiyə qədər artacaq, müraciətdə deyilir.
Virtualaz.org xəbər verir ki, supermarket və mağazalarda zavodlarda istehsal olunan çörək 20 qəpik bahalaşıb. Alverçilərin sözlərinə görə, çörəyin qiyməti yenə də arta bilər.