Tarix : 2022 Jan 05
Kod 62109

Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin icrasına başlanılıb

Yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycan qaz mübadiləsi çərçivəsində gündəlik 4.5 milyon kubmetr qaz almağa başlamışıq.

Arannews -APA-nın  məlumatına görə, bunu İranın neft naziri Cavad Oci deyib.
O bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb. "Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk” – deyə, nazir bildirib.
Nazir əlavə edib ki, mübadilə olunan qazın həcmi İranın şimal-şərqində istifadə üçün qaz şəbəkəsində təzyiqi və dayanıqlılığı gücləndirib.

  • Yazılıb
  • da (də) 2022 Jan 05
  • Göndərən جهان کمالی