Livan Hizbullahının baş katibi bildirib ki, Süleymani və Əlmühəndisin şəhadətlərinin nəticələri davam edir. Qeyd edib ki, müqavimət komandanlarının şəhadəti mərasiminin keçirilməsi onların qədrinin bilinməsinə bir təkiddir.
Arannews :Tashaio.com-ın məlumatına əsasən, Seyid Həsən Nəsrullah dünən Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı general-leytenant pasdar Hacı Qasım Süleymani və İraqda Həşdüşşəbi təşkilatının keçmiş rəis müavini Əbu-Mehdi Əlmühəndisin şəhadətinin ikinci ildönümü münasibətilə etdiyi çıxışda deyib: Amerika İŞİD-i düzəltdi və o, İraqda baş verən bütün cinayətlərdə məsuliyyət daşıyır. Əvəzində, İran İŞİD-lə mübarizədə İraq xalqının kənarında duran ilk ölkə oldu. Bu arada şəhid Süleymani də işğalçılar qarşısında dayandı və İraqda müqavimət qruplarının yaradılmasında rol oynadı.
Seyid Həsən Nəsrullah həmçinin deyib: Şəhidlər Süleymani və Əlmühəndisin qanları ərəb və İslam dünyasının vicdanlarını çağırır və deyir ki; regiondakı zülm və qəsbkarlığın başında Amerika dayanır. Bu terror hərəkətini törədənlər dünyada və axirətdən öncə öz əməllərinin cəzasını alacaqlar.