Tarix : 2022 Jan 06
Kod 62112

İspaniyalı yazıçı: Şəhid Süleymani müqavimət mədəniyyətinin əsasını qoydu

İran İslam Respublikasının İspaniyadakı mədəniyyət attaşesinin təşəbbüsü ilə Madriddə general-leytenant Hacı Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü mərasimi keçirilib.
AranNews –in “ABNA”-ya istinadla verdiyi xəbərə görə, ispaniyalı yazıçı və jurnalist Karlos Paz general Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü mərasimində deyib: “Şəhid Süleymani ekstremizm və terrorizm qarşısında dayandı və müqavimət mədəniyyətini qurdu.”
İran İslam Respublikasının İspaniyadakı mədəniyyət attaşesinin təşəbbüsü ilə Madriddə general-leytenant Hacı Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü mərasimi keçirilib.
Espasio Ronda Mərkəzinin toplantı zalında baş tutan və böyük rəğbətlə qarşılanan mərasimdə İranın mədəniyyət və irşad naziri Məhəmməd Məhdi İsmailinin məktubu oxunub. Mədəniyyət attaşesi Məhəmməd Məhdi Əhmədinin vasitəsilə oxunan bu məktubun bir hissəsində deyilir: “Qədim dövrlərdən bu günə qədər bütün dinlərdə və inanclarda fədakarlıq yüksək insani dəyər olmuşdur. Sanki bu fəzilət sərhəd tanımır və hər yerdə aşiq əsgərlər öz millətinin qəhrəmanı olmaqla yanaşı, həm də dünya səhnəsində əbədi simalara çevrilirlər. Xüsusən də fədakarlıq zirvələrini fəth edənlər və xalqı zalımların hökmranlığından qurtarmaq üçün bütün varlığını meydana gətirənlər. Onlar dostluq, sülh və azadlıq meydanın adamlarıdır.”
Məktubun digər hissəsində vurğulanır: “O, (şəhid Qasim Süleymani) müharibə alovlandıranların özünü dəhşətə gətirən, yuxularını gözlərindən qaçıran döyüş meydanında bütün şücaət və qəhrəmanlıqlarına baxmayaraq, özünü xalqın əsgəri hesab edirdi. Necə ki, vəsiyyətnaməsində qəbri üzərinə bu sözün yazılmasını istəmişdi: əsgər Qasim Süleymani.”
Düşmənlər şəhid Süleymani adından qorxurlar
Əhmədi daha sonra şəhid Süleymaninin bəzi mühüm xüsusiyyətlərini qeyd edərək deyib: “General Süleymani hərbi bilik və bacarığa malik olan cəsur bir insan idi, ancaq xalq adamı idi və özünü xalqa yaxın bilirdi. Eyni zamanda imperializm və sionizm əleyhdarı idi.”
Mədəniyyət attaşesi əlavə edib: “Şəhid Süleymaninin adı onun düşmənlərinin canına qorxu salırdı, məzlumların qəlbində isə ümid və sevinc yaradırdı.”
Xalq arasında sevimli olması
İranın İspaniyadakı səfiri Qəşqavi general Süleymaninin xalq arasında, xüsusilə də gənclər arasında bu qədər sevimli olmasının sirlərinə toxunaraq deyir: “Şəhid Süleymani sağlığında İranın ictimai rəyində ən çox sevilən və alqışlanan şəxs idi. Bu sevimlilik onun ABŞ tərəfindən terror edilməsindən sonra daha da artdı. Biz bunu milyonlarla insanın iştirak dəfn mərasiminin görüntülərindən də görə bilərik.”
Təkfirçi terrorizm və sionizmlə mübarizədə könüllər sərdarının rolu
İspaniyalı siyasi təhlilçi Xuan Antonio Aguilar çıxışında şəhid Süleymaninin İran düşmənlərinə qarşı döyüşdə müdafiə doktrinası və strateji düşüncəsi üzərində dayanıb.
X. Antonio, 2011-ci ildən başlayaraq Suriya və İraqda güc balansının pozulmasına, ciddi qarşıdurmaların və gərginliyin yaranmasına səbəb olan hadisələrə toxunub, bu gərginliyin idarə olunmasında şəhid Süleymaninin müdafiə strategiyalarını açıqlayıb.
İspaniyalı politoloq Yaxın Şərqdə xalq qüvvələrinin və komitələrinin formalaşmasını ən yaxşı müqavimət strategiyalarından biri adlandıraraq deyib: “Suriya və İraqda İŞİD və digər təkfirçi-terrorçu qrupların qarşısını alan, şübhəsiz ki, şəhid Süleymaninin müdafiə doktrinasının nəticəsi idi.”
Mərasimin digər natiqi ispaniyalı yazıçı və jurnalist Karlos Paz olub. O, şəhid Süleymaninin bölgədə təkfirçi-terrorizmlə mübarizəsindən söz açaraq deyib: “Suriya və İraqda olanlar İŞİD və ifrat təkfirçi terrorizmə qarşı həqiqətən kimin dayandığını öz gözləri ilə gördülər. Terrorun qarşısında duranlar NATO, ABŞ və onun müttəfiqləri deyil, Suriya ordusu, İran komandirləri, Rusiya qüvvələri, Hizbullah qüvvələri və Qasım Süleymani kimi şəxsiyyətlər oldu.”
“İslamın şifrəsinin açılması” kitabının müəllifi çıxışının digər hissəsində deyib: “General Süleymani bu mənfur ittifaqa qarşında dayandı. Onun əhəmiyyəti də elə bundadır. O, Yaxın Şərqdə bu gün müqavimət kimi tanıdığımız bir mədəniyyətin təməlini qoydu.
O, dörd mövzu qarşısında müqavimətin komandanı idi və bu, onun əbədi qalmasının, uğurunun və ölməzliyinin sirridir; imperializm, terrorizm, sionizm və qlobalizmlə mübarizə aparmaq.”

 
  • Yazılıb
  • da (də) 2022 Jan 06
  • Göndərən جهان کمالی