Tarix : 2022 Jan 06
Kod 62113

Çin general Süleymaninin terror edilməsini müharibə cinayəti adlandırdı

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin general Qasim Süleymaninin Amerikanın əli ilə terror edilməsi barədə deyib: “Bu, ABŞ-ın güc tətbiq etməklə törətdiyi hərbi cinayətlərdir.”
AranNews –in “İRNA”-ya istinadla verdiyi xəbərə görə, Qüds Qüvvələrinin komandiri general-leytenant Qasim Süleymaninin Bağdad aeroportunda terror edilməsinin ikinci ildönümü münasibətilə Çin XİN-nin mətbuat katibi V. Vebnin əlavə edib: “Süleymaninin terror edilməsi Birləşmiş Ştatların BMT Nizamnaməsi əsasında beynəlxalq münasibətləri tənzimləyən normaları necə pozduğunun daha bir nümunəsidir.”
Vebnin vurğulayıb: “ABŞ beynəlxalq hüququ pozaraq terror yolu ilə müstəqil dövlətin hərbi komandirini qəsdən öldürməyə və dünyada yüz minlərlə günahsız mülki insanı qətlə yetirməyə qədər irəli getmişdir. Bütün bu qeyri-qanuni və vəhşi hərəkətlərini isə “qanuna söykənən beynəlxalq nizamlama” adı altında cəmiyyətin gözündən gizlədir.”
Bu haqda yazan Çin qəzeti bildirib: “İran xalqı dekabrın 3-də iki il əvvəl ABŞ-ın hava hücumunda qətlə yetirilmiş İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin xatirəsini yad etmək üçün toplaşırlar.”
ABŞ “qanunlara əsaslanan beynəlxalq nizama dəstək” şüarını təkrar etsə də, faktlar dəfələrlə sübuta yetmişdir ki, Amerika yalnız öz ehtiyac və maraqlarını təmin edən qanunlara əhəmiyyət verir. Onun sadiq olduğu şey ABŞ-ın nizamını saxlamaqdan başqa bir şey deyil və bunu beynəlxalq ictimaiyyətə hakim olmaq üçün istəyir. Amma beynəlxalq hüququ pozan belə qayda-qaydalar İran, Yaxın Şərq və dünyanın digər bölgələrinin xalqları tərəfindən qəbul edilməyəcək.
General Qasim Süleymani və İraq Könüllü Xalq Təşkilatının komandiri Əbu Məhdi Mühəndis və müqavimət döyüşçülərindən bir qrupu 3 yanvar 2020-ci ildə Amerikanın Bağdad aeroportuna hava hücumu nəticəsində şəhid oldular. Bu terror hərəkəti Amerikanın o zamankı prezidenti Donald Trampın birbaşa göstərişi ilə baş tutmuşdur.

 
  • Yazılıb
  • da (də) 2022 Jan 06
  • Göndərən جهان کمالی