Tarix : 2022 Jan 08
Kod 62119

Bəzi xarici tərəflər Qazaxıstandakı çaxnaşmaları qızışdırmaq niyyətindədirlər

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə vurğulayıb ki, Qazaxıstandakı cari hadisələr daxili bir məsələdir. Bildirib ki, bəzi xarici tərəflər şəraitdən sui-istifadə ilə Qazaxıstandakı çaxnaşmaları qızışdırmaq və ölkədə səbatsızlıq yaratmaq niyyətindədirlər.

 Arannews :Qazaxıstanda sabitlik və təhlükəsizlyin xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çəkən Səid Xətibzadə asayişin bu ölkəyə qayıtması prosesinin daha da sürətlənəcəyinə ümid etdiyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sonda əmin olduğunu bildiribdir ki, dost, qardaş və qonşu Qazaxıstanın hökuməti və düşüncəli xalqı daxili birliklə xarici bədxahların cəhdlərinə münasib cavab verəcəklər.
Qazaxıstandakı çaxnaşmalar bazar günündən, bu ölkə xalqının yanacaq qiymətinin artmasına olan etirazı ilə başlanıb.
Qazaxıstandakı etirazlarda ölən və yaralananların dəqiq sayı hələ elan edilməyib, amma bu ölkə polisi azı on üç hərbçinin öldürüldüyü, minimum iki min nəfərin də həbs edildiyini bildirib.

  • Yazılıb
  • da (də) 2022 Jan 08
  • Göndərən جهان کمالی