Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri Qazaxıstanla bağlı fövqəladə toplantı keçirəcək.
Arannews -Modern.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Toplantının yanvarın 11-də keçirilməsi gözlənilir.
Yeri gəlmişkən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə telefon danışığı aparıb. Görüş zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə olunub.
Çavuşoğlu Türkiyənin Qazaxıstana dəstəyini bir daha ifadə edib.
Görüş zamanı tərəflər 11 yanvar 2022-ci il tarixində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin Fövqəladə Toplantısının keçirilməsinə razılaşıblar.
Türk Dövlətləri Təşkilatının əsası türkdilli ölkə başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə qoyulub.
Təşkilatın əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistandır.
Daha 2 dövlət - Macarıstan və Türkmənistan isə təşkilatın müşahidəçi statusundadır.