Gürcüstan Prezidenti Salome Zurabişvili Qazaxıstanda mövcud vəziyyətdən dərin narahatlıq ifadə edib.
Arannews : O, bu barədə tviter hesabında yazıb.
“Gördüyümüz zorakılığı qınayıram və gərginliyin tezliklə azalacağına ümid edirəm. Mülki şəxslərin hüquqları və təhlükəsizliyi qorunmalıdır. Bizim hamımıza qlobal sabitlik, sülh və təhlükəsizliyi möhkəmləndirmək lazımdır”, – dövlət başçısı yazıb.