İstanbul polisi dünən səhər həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş 12 nəfərin dindirilməsindən sonra bombanı yerləşdirən teroristin adını öyrənə bilib
Turkyə Servisi/Aran Agentliyi
Türk polisi iyulun 27-də İstanbulun şəhərinin Güngörən rayonunu ərazisində bir birinin ardınca iki partlayışı PKK və ya onun qolu olan TAK tərəfindən törətdiyini müəyyənləşdirib. Bombanı yerləşdirmiş teroristin adı da artıq məlumdur. "Kanal D"nin məlumatına görə, İstanbul polisi dünən səhər həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş 12 nəfərin dindirilməsindən sonra bombanı yerləşdirən teroristin adını öyrənə bilib. Xatırladaq ki, iyulun 27-də baş vermişpartlayışlar nəticəsində 18 nəfər ölüb. 140-dan çox adam yaralanıb.