Tarix : 2022 Jan 11
Kod 62130

Sepah-ın baş komandanı: "Düşmən İranın koronavirusla mübarizədə məğlub olacağını düşünürdü"

İran İslam İngilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı vurğulayıb: "Düşmən İranın koronavirusla mübarizədə məğlub olacağını düşünürdü".

Arannews : məlumatına əsasən, General-mayor Hüseyn Səlami koronavirusla mübarizədə Şəhid Süleymani adına milli səfərbərlik planında iştirak edənlərin şərəfinə keçirilən konfransda deyib: "Koronavirus, sanksiya, hərbi təhdid və hədə-qorxu, hərtərəfli psixoloji müharibə, iqtisadi blokada və hətta quraqlığın kəsişdiyi yerdə bu xəstəliyə düçar olduq.Düşmən İranda, onu döyüş meydanına çevirdi ki, biz təslim olaq və onlar şad olsunlar". 

Sepah-ın baş komandanı əlavə edib: "Xəstəliyin başlanğıcında düşmən iddia edirdi ki, İran sanksiyalar altında bu xəstəlikdən xilas ola bilməyəcək, amma biz bacardıq".

  • Yazılıb
  • da (də) 2022 Jan 11
  • Göndərən جهان کمالی