Rusiya prezidenti bildirib ki, öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisindən çıxarılacaq.
Arannews :Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı eyni zamanda sülhməramlı kontingentin Qazaxıstanda nə qədər lazım olacaqsa, o qədər də qalacağını əlavə edib.
Qazaxıstandakı hadisələri kənar müdaxilələrin nümunəsi adlandıran Putin deyib: Amma biz evimizdə vəziyyəti dəyişməyi, rəngli inqilab ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyimizi göstərdik.
Rusiya Prezidenti Qazaxıstanda baş verənləri aqressiya aktı adlandırıb: “Biz Qazaxıstanda beynəlxalq terrorizmin təcavüzünü müşahidə edirik. Silahlılar “qaynar nöqtələr”də təlimlər keçiblər”.
Putin Qazaxıstanda Maydan texnologiyasından istifadə olunduğunu da qeyd edib: “Ölkədə baş verənlər xaricdən müdaxilənin nəticəsidir”.