İran Xarici İşlər Nazirliyinin sözçüsü Qazaxıstana sabitlik, təhlükəsizlik və sakitliyin tezliklə qayıdacağına ümid etdiyini bildirib.
Arannews :Səid Xətibzadə bazar ertəsi verdiyi açıqlamada Qazaxıstan Respublikasında Qazaxıstan Respublikasında baş verən son hadisələr nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və hadisələr nəticəsində insan tələfatından kədərləndiyini bildirib.
"Şübhəsiz ki, bu ölkənin hakim hökuməti və Qazaxıstanın möhtərəm xalqı ölkədə xaos və qeyri-sabitlik yaratmaq üçün hazırlanmış xarici fitnələrin və planların qarşısını alacaq və bu ağır günləri arxada qoyacaqlar", - deyə Xətibzadə əlavə edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: "İran İslam Respublikası həmişə dost, qardaş və qoşu ölkə Qazaxıstanın yanında, olub və olacaq".
Qazaxıstanda xalq etirazları yanvarın 2-də yanacağın yüksək qiymətlərinə qarşı etiraz olaraq, başlayıb, sonra isə hökumətin fəaliyyətinə qarşı geniş narazılığa çevrilib.