Yaxın Şərqdə vəziyyətin normallaşma cəhdləri davam edir. İran Xarici İşlər
Arannews :Nazirliyinin sözçüsü Səid Xətibzadə Səudiyyə Ərəbistanı ilə danışıqların İraqın ev sahibliyi altında davam edəcəyini açıqlayıb.
Regionun iki mühüm ölkəsi İran və Səudiyyə Ərəbistanı normallaşma danışıqlarını davam etdirəcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü Xətibzadə Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlar və nüvə danışıqları ilə bağlı açıqlamalar verib. Xətibzadə “İran və Səudiyyə Ərəbistanı arasında danışıqların növbəti mərhələsi gündəmdədir. İraq bu danışıqlara ev sahibliyi edir” deyib. Vyanada davam edən nüvə danışıqları ilə bağlı Xətibzadə: “Biz heç bir süni maniələri qəbul etmirik və danışıqların tempindən razı deyilik. Qarşı tərəf 7-ci raundda xeyli vaxt öldürdü və sonra İranın təklifləri ilə bağlı danışıqlara razılaşdı”-deyə bildirib.