Tarix : 2022 Jan 14
Kod 62142

Rəisinin Rusiyaya səfəri böyük əhəmiyyət kəsb edir

İran-Rusiya Birgə Ticarət Palatasının vitse-prezidenti bəyan edib ki, prezident Rəisinin Moskvaya səfəri mühüm əhəmiyyət kəsb edir.

Arannews :Kambiz Mirkərimi bildirib ki, ticarət əlaqələri və maliyyə sazişləri üzrə danışıqlar İran prezidentinin Rusiyaya gözlənilən səfərinin əsas mövzularından olacaq.
Mirkərimi deyib: "İran prezidenti Seyid İbrahim Rəisinin Moskvaya səfəri mühüm əhəmiyyət kəsb edir: "İran prezidentinin qarşıdakı səfərinin özəlliklərindən biri də odur ki, ticarət əlaqələri və maliyyə sazişləri üzrə danışıqlar yüksək səviyyədə aparılacaq. Biz bu danışıqların ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyini gözləyirik".
İran mediası da Rəisinin Moskvaya səfərinin yaxın günlərdə baş tutacağını yazıb. Səfərin rəsmi tarixi isə açıqlanmayıb.
Bu arada Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, İran İslam Respublikasının prezidentinin Rusiya Federasiyasına səfəri üzərində iş aparılır və səfərin tarixini yaxın vaxtlarda açıqlanacaqdır.

  • Yazılıb
  • da (də) 2022 Jan 14
  • Göndərən جهان کمالی