İranın daxili işlər naziri qonşu ölkələrlə səyahət məhdudiyyətlərinin aradan qaldırıldığını açıqlayıb.
Arannews : İRİB-in məlumatına görə, İranın daxili işlər naziri Əhməd Vəhidi deyib: "Qonşu ölkələrlə məhdudiyyətlər normal vəziyyətə qayıdıb və PCR testləri mənfi olan şəxslər ölkəyə daxil ola bilərlər".
Daxili işlər naziri bildirib ki, koronavirusun nəzarətə götürüldüyü bəzi ölkələrdən də hava nəqliyyatı ilə İrana səfər məhdudiyyəti aradan qaldırılıb. Lakin bəzi Avropa ölkələri, o cümlədən Britaniya və Fransadan İrana hava nəqliyyatı ilə səfər hələlik qadağandır.
Əhməd Vəhidi əlavə edib: "Digər ölkələrin məhdudiyyətləri nəzərdən keçirilir və təbii ki, omikron ştamının yayılma səviyyəsi artan ölkələrlə bağlı məhdudiyyətlər artırıla bilər".
Vahidi qeyd edib ki, quru sərhədlərdə gediş-gəliş yalnız səhiyyə protokollarına riayət etməklə, peyvənd pasportu və mənfi PCR testi ilə mümkündür.