Tarix : 2022 Jan 15
Kod 62146

MBH bir Məktəbdir...

7 il bundan öncə xalqımızın dini dəyərlərininn qorunması,milli-mənəvi dəyərlərinin müdafiəsi üçün xidmətə başlayan Müsəlman Birliyi Hərəkatı keçən illər ərzində şərəfli yolda öz vəzifəsini qürurla icra etdi.

Arannews :Müsəlman Birliyi Hərəkatı təkcə ictimai-siyasi hadisələrə öz töhfəsini verən,elmi,mədəni-maarif işləri ilə fəaliyyət göstərib ənənəvi dini inancımızı təbliğ edən,dəyərlərimizi qoruyan bir hərəkat kimi tanınmayıb.
Müsəlman Birliyi Hərəkatı yarandığı gündən bu günə qədər cəmiyyətimizdə özü-özlüyündə bir məktəb kimi formalaşıb.
Müsəlman Birliyi Hərəkatı,ümumilikdə idarə heyəti və aktiv fəal üzvləri ən ağır ittihamlarla qarşılaşdı. Getdiyi haqq yolunda yersiz təzyiqlər gördü. Haqsızlıqlara, yaşadığı ağır faciələrə baxmayaraq, doğru yolda möhkəm durdu. Əyilmədi, sınmadı, yalnız irəliyə doğru addımladı.
Hərəkat olaraq, hamılıqla ötən illər ərzində çox enişli-yoxuşlu, çətin, eyni zamanda da xoş günlər yaşadıq. Keçən illər ərzində ən ağır ittihamlarla şərlənsək də, bununla bərabər ölkənin hər bir bölgəsində əhali tərəfindən sevildik. Cəmiyyətimizdə insanlardan dəstək gördük.
Müsəlman Birliyi Hərəkatı pandemiya dövründə də öz xeyriyyə addımları ilə cəmiyyətin gözü önündə idi. Bir zamanlar ən ağır məhdudiyyətlərlə qarşılaşıb ehtiyac içində saxlanılan hərəkatçılar,pandemiya dövründə öz imkanları hesabına insanların yardımına qaçdılar.
Müsəlman Birliyi Hərəkatı yarandığı zamandan bu günə qədər uzun yollar qət edib, eyni zamanda bu yolda ağır bədəllər də ödəyib. Ölkənin dini dəyərlərinin, söz azadlığının,xalqın gözəl,mənəvi gələcəyi naminə 4 əziz qardaşını, dostlarını şəhid verdi. Həmin illər ərzində günahsız insanların əziyyətini görüb, cəfasını çəkdi.
Müsəlman Birliyi Hərəkatı həm müharibədən öncə, həm də müharibə zamanı öz fəaliyyəti ilə seçilib.
Hərəkat müharibədən öncə ölkəmizdə, cəmiyyətdə vətənpərvərlik ruhiyyəsini yaşadan, dəyərləri təbliğ edən, 20 Yanvar, Xocalı faciələri ilə bağlı tədbirlər təşkil edirdisə, müharibə dönəmində də müharibə iştirakçısı kimi fəaliyyət göstərirdi.
Hərəkatdan şansı gətirənlər vətən müharibəsində iştirak edirdisə, iştirak edə bilməyənlər də ordumuza,şəhid və qazi ailələrinə öz dəstəyini göndərirdi. Həmin dönəmlərdə hərəkatçılar çıxışları və yazıları ilə cəmiyyətdə vətənpərvərlik ruhiyyəsini diri saxlayıb vəhdəti qoruyurdular. Həmçinin, Müsəlman Birliyi Hərəkatı bu cür əməlləri ilə ölkəni idarə edənlərə bu mesajı verirdi ki, vətənpərvərlik vətəni təmannasız sevmək deməkdir.
Hərəkat vətən torpaqlarının azadlığı uğrunda 3 şəhid verdi. Onların sayəsində azad olan torpaqların xəbərini aldıq. Qazilərimizlə,gecə-gündüz yorulmadan orduya yardım göndərən mərd oğullarla, əziz dostlarmızla fəxr etdik.
Biz bu yolda başı dik, qürurumuzla, şərəfimizlə ancaq irəliyə doğru getdik. Təhdid olunduq, təhqir edildik, böhtanlarla qarşılaşdıq, lakin doğru yoldan, haqq olanlardan ayrılmadıq. Cəmiyyətdə barışı, birliyi, vəhdəti qoruyub insanların bir-birinə qarşı hörmətini saxlaması üçün fəaliyyət göstərdik. Ona görə bu gün bizim günümüzdür. Bu gün bizi sevənlərin bayramıdır. Hər günümüz gözəl, hər günümüz sevincli olsun, əziz hərəkatçılar. Günümüz və yaşatdığmız bu məktəb mübarək olsun.
Siyasi məhbus Abbas Hüseyn

  • Yazılıb
  • da (də) 2022 Jan 15
  • Göndərən جهان کمالی