Bəyanatda İranın nüvə fəaliyyətləri ilə bağlı yerdə qalan məsələlərin də İranla MAQATE arasındakı əməkdaşlıqlar çərçivəsində həlli vurğulanmışdır
Iran Servisi/Aran Agentliyi
BQÖH-yə üzv olan 118 dövlət İranın nüvə fəaliyyətlərinə dəstək verdiyini bildirib. Bloklara Qoşulmayan Ölkələr Tehran iclasının sonunda qəbul etdikləri bəyanatda İİR-nin sülhsevər nüvə fəaliyyətlərini himayə etdikləri üzərində bir daha təkid ediblər.
Müxbirimizin məlumatına görə, BQÖH-nin 118 üzvü təkidlə bildiriblər ki, ölkələrin nüvə enerjisindən sülhsevər istifadə etməyə dair haqqı danılmamlıdır və bütün ölkələrin, o cümlədən İİR-nin nüvə enerjisindən istifadədə və nüvə yanacağı dövriyyəsinə malik olmadığı niyyəti müsbət qiymətləndirilməli və ona hörmət göstərilməlidir.
BQÖH-nin bəyanatında üzv ölkələrin fəaliyyətlərinə nəzarət etmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeganə səlahiyyətli mənbə olduğu da xüsusi qeyd olunmuşdur.
Bəyanatda İranın nüvə fəaliyyətləri ilə bağlı yerdə qalan məsələlərin də İranla MAQATE arasındakı əməkdaşlıqlar çərçivəsində həlli vurğulanmışdır.
BQÖH həmçinin nüvə silahından təmizlənmiş Yaxın Şərqin reallaşmasını vacib sayaraq Sionist Rejimin NPT çərçivəsinə şərtsiz daxil edilməsi və onun nüvə silahlarının yox edilməsinin zəruriliyi üzərində təkid ediblər.