Tarix : 2022 Jan 17
Kod 62156

“Gürcüstanda İslam Tarixi” adlı kitabın II cildi nəşr edilib

5 ildən artıq tədqiq aparan Hacı Rasim Məmmədovun “Gürcüstanda İslam Tarixi” kitabının artıq II cildi işiq üzü gördü. Xatırladırıq ki, müəllifin “Gürcüstanda İslam Tarixi” adlı kitabının I cildi milad tarixlə 650 – 1050-ci illəri əhatə edir və 2016-cı ildə nəşr edilmişdir.
Arannews :Kitabın növbəti II cildi isə 1050-ci ildən 1991-ci ilə qədər, yəni Gürcüstanın müstəqliyyinin bərpası dövürünə qədər olan zamanı əhatə edir.
Hacı Rasim Məmmədovun “Gürcüstanda İslam Tarixi” kitabının I və II cildlərində bütövlükdə – Gürcüstanda bir ilk olaraq – islam tarixinin geniş və dərin şəkildə tədqiqinə – araşdırılamasına həsr olunmuşdur.
Bu qiymətli kitablar Allahı yad etməyə, Onun insanlarda görmək istədiyi insani keyfiyyətlərə, Onun kitabı olan “Qurani-Kərim”ə, Onun Peyğəmbərinə (s), Əhli-beytə (ə), dinlər və mədəniyyətlər arasında dialoqa dərin hörmət və məhəbbətlə qələmə alınıb.
Tarixilik prinsipinə riayət etməklə yazılan bu kitablarda müsəlmanların Gürcüstana ilk gəlişindən tutmuş, həmin dövrdəki vergi siyasəti, torpaq münasibətləri, inzibati siyasət, idarə sistemi və numizmatika kimi digər mühüm hadisələr də öz əksini tapmışdır.
“Elmi yazmaqla bəndə salan” (ifadə Allahın Peyğəmbərinə (s) məxsusdur) Hacı Rasim Məmmədovu qazandığı bu əhəmiyyətli uğura-qiymətli monoqrafiyaya görə ürəkdən təbrik edirik və ümidvarıq ki, Allah-taala digər mühüm mövzularda da təhqiqlərini görməyi bizə nəsib edəcəkdir. İnşaAllah!
Ramin Əliyev
Ahlibeyt.ge
  • Yazılıb
  • da (də) 2022 Jan 17
  • Göndərən جهان کمالی