konstitusiya məhkəməsi qərarının elan olunmasının ardınca AK partiyanın tərəfdarları şənlik keçiriblər
Turkyə Servisi/Aran Agentliyi
Türkiyənin konstitusiya məhkəməsi Ədalət və İnkişaf partiyasının buraxılmasına müsbət səs vermədi. Türkiyənin konstitusiya məhkəməsinin hakimləri çərşənbə günü iyulun 9-da keçirilən iclasda iqtidarda olan Ədalət və İnkişaf partiyasının buraxılması barədə orta məxrəcə gəlmədilər.
Məhkəmənin 11 hakimindən təkcə 5-i sözü gedən partiyanın buraxılmasına müsbət səs verib. Türkiyə qanunlarına görə, hər bir partiyanın buraxılması üçün konstitusiya məhkəmə hakimlərindiən 7-nin müsbət səs verməsi vacibdir.
Müxbirimizin məlumatına görə, konstitusiya məhkəməsi qərarının elan olunmasının ardınca AK partiyanın tərəfdarları şənlik keçiriblər.
Euro News xəbər telekanalının məlumatına görə, Türkiyə vətəndaşlarının əksəriyyəti konstitusiya məhkəməsinin qərarını müsbət qarşılayıb. Eyni halda Türkiyənin baş naziri və Ədalət və İnkişaf partiaysının rəhbəri Rəcəb Təyyüb Ərdoğan konstitusiya məhkəməsinin hökmünü müsbət qarşılayaraq partiyanın demokratiya uğurundakı proqramlarının davam etdiriləcəyini bildirmişdir.
Ərdoğan həmçinin vurğulamışdır ki, konstitusiya məhkəməsinin bu qərarı ilə Türkiyədə cərəyan edən "naməlum və şübhəli dövr" artıq sona yetmiş olur.