İran İslam Respublikasının prezidenti və Rusiya Federasiyasının prezidenti görüşərək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Arannews :, İran prezident administrasiyasının informasiya portalının məlumatına görə, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi çərşənbə günü Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə yüksək səviyyəli nümayəndə heyətinin başçılığı ilə Moskvaya işgüzar səfərə gedib.
Rusiya prezidenti ilə görüşdən əlavə, Rusiya Dumasının Assambleyasında da çıxış, Rusiyada yaşayan iranlılar, şiə və sünni alimləri, rus iqtisadi fəallari ilə görüşlər də İran İslam Respublikası prezidentinin Rusiyaya iki günlük səfərinin planlarındadır.