Tarix : 2022 Jan 21
Kod 62171

Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində görüş

İlk öncə Mərkəzin fəaliyyəti haqqında Hacı Rasim Məmmədov qonaqlara məlumat verib.
Arannews :Ahlibeyt.ge xəbər verir ki, ötən gün “Alulbeyt Gürcüstan” təşkilatının sədri Hacı Faiq Nəbiyev, “Shafaqna” Beynəxalq Xəbər Agentliyinin Qafqaz bölməsinin Yazı İşlər Müdiri Ramin Bayramov və Video və Sosial Şəbəkələr üzrə Müdiri Emin Səmədov Gürcüstanın Əhli-beyt (ə) cəmiyyətinin mərkəzində cəmiyyətin sədri, ilahiyyatçı alim Hacı Rasim Məmmədovla görüşüblər.
İlk öncə Mərkəzin fəaliyyəti haqqında Hacı Rasim Məmmədov qonaqlara məlumat verib.
Görüş zamanı həmçinin Hacı Rasim Məmmədovun son kitabının nəşr edilməsi müzakirə olunub.
Səmimi keçən görüşdə xatirə rəsmi çəkilib, daha sonra çay süfrəsi ətrafında müzakirə davam edib.
Bakıdan gələn qonaqlar səmimi qarşılama və qonaqpərvərliyi üçün Hacı Rasim Məmmədova öz təşəkkürünü bildiriblər.
  • Yazılıb
  • da (də) 2022 Jan 21
  • Göndərən جهان کمالی