Qərb medialarının Vyanada müvəqqəti razılaşmanın təklif edildiyinə dair iddialarının əksinə olaraq, İranın müzakirə heyətinə yaxın mənbə belə bir razılaşmanın İranın gündəmində olmadığını bildirib.
Arannews : Əl-Cəzirə xəbər kanalına verdiyi müsahibədə bildirib ki, müvəqqəti razılaşma heç vaxt İran İslam Respublikasının gündəmində olmayıb və İran yalnız möhkəm əsaslara söykənən daimi və etibarlı bir razılaşmanı qəbul edəcək.
Bəzi media mənbələrinin Vyanada davam edən danışıqlarla bağlı həqiqətə uyğun olmayan məlumatları dərc etməklə, bu danışıqlara kölgə salmağa çalışarkən, iranlı rəsmilər dəfələrlə bildiriblər ki, İran İslam Respublikası Vyanada dayanıqlı və güvəniləsi bir razılaşmanın əldə edilməsini istəyir.
Avstriyanın paytaxtı Vyanada İrana qarşı qanunsuz sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqların 8-ci raundu çərçivəsində İran ilə 4+1 qrupu ölkələri arasında məsləhətləşmələr davam edir.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi də bəyan edib ki, İran nüvə anlaşmasında verilən vədlərə uyğun olan etibarlı, eyni zamanda daimi razılaşma əldə etmək istəyir və bu iki şərtə cavab verməyən hər hansı razılaşma, İran İslam Respublikasının gündəmində deyil.
Qeyd edək ki, NBC şənbə günü yayımladığı məlumatda, Rusiyanın İrana nüvə anlaşmasını canlandırmaq üçün müvəqqəti sazişi təklif etdiyini iddia edib.