Tarix : 2022 Jan 24
Kod 62182

İslam Peyğəmbərinin (s) əziz qızı Xanım Zəhranın (s) milad bayramı münasibətilə məddahlarla görüşdə Ayətullah Xameneinin bəyanatından seçmələr

Düşmən, xalqı İslama, İslam nizamına qarşı qoymaq üçün ölkəmizə iqtisadi təzyiq göstərməyə çalışdığı zaman siz xalqa iqtisadi, ictimai xidmət göstərsəniz, düşmən qarşısında cihad etmisiniz.
Arannews :Düşmən, xalqı İslama, İslam nizamına qarşı qoymaq üçün ölkəmizə iqtisadi təzyiq göstərməyə çalışdığı zaman siz xalqa iqtisadi, ictimai xidmət göstərsəniz, düşmən qarşısında cihad etmisiniz. 
Heyət (dini mərasimlər keçirən qrup) Allah yolunda cihad ocağıdır – Əhli-Beyt məktəbini, İmam Hüseyn (ə) məktəbini, şəhadət məktəbini yaşatmaq üçün cihad. Heyət bəyan yeridir, İslam maarifinin ən mühüm məfhumlarının və Ələvi maarifinin bəyan yeri.
Özümüzə sual verməliyik ki, İslamla küfr, haqla batil, yalanla həqiqət arasında amansız müharibədə biz haradayıq? Öz heyətinizdən soruşun ki, bu cihadda haradadırlar?
Hər təlaş cihad deyil. Çoxları təlaş edir, çalışır. Bu təlaşlar yaxşıdır, amma cihad deyil. Cihad elə bir təlaşdır ki, onda düşmənə qarşı hədəf olsun. Siz düşmənə qarşı iqtisadi, elmi iş görsəz, bu cihad olar.
  • Yazılıb
  • da (də) 2022 Jan 24
  • Göndərən جهان کمالی