Tarix : 2022 Jan 24
Kod 62183

Rəisinin Moskva səfərinə KİV-lərin fərqli baxışı

İran Prezidenti Ayətullah Rəisinin Rusiyaya səfəri ətrafında baş verənlər KİV-lərdə çoxsaylı və müxtəlif fikirlərlə müşayiət olunub.
AranNews - Son zamanlar mətbuatda İran Prezidentinin Rusiyaya səfəri, Kremldə namaz qılması və Rəisi ilə Putinin böyük bir masa arxasında əyləşməsi kimi mövzularla bağlı çoxsaylı fərziyyələr müşayiət olunur ki, bunlardan aşağıda danışacağıq.
Seyid İbrahim Rəisinin qarşılanma mərasimi
İran prezidentinin Rusiyanın energetika nazirinin vasitəsilə qarşılanma mərasimi və bu mərasimdə Putinin iştirak etməməsinə gəlincə, qeyd edək ki, görüntülərdən də göründüyü kimi, 2015-ci ilin noyabr ayında Putinin İrana səfəri zamanı onu Mehrabad Hava Limanında o vaxtkı rabitə naziri Mahmud Vaezi qarşıladı və dövrün prezidenti (Ruhani) kimi ölkənin yüksək vəzifəli şəxsləri orada deyildilər.
İki ölkənin diplomatik ənənəsinə uyğun olaraq, prezidentin səfəri evsahibi hökumətin nazirlərindən biri tərəfindən qarşılanır və prezidentlər öz qonaqlarını prezident sarayında qarşılayırlar.
İki prezidentin məsafəsi və oturduqları yer ilə bağlı isə koronavirus protokollarına riayət etməklə yanaşı, tərəflərin bərabər ləyaqətinin də nəzərə alındığı bildirilir. Əhəmiyyətli olan təbii ki, regional və beynəlxalq balanslarda belə səfərlərin və danışıqların konstruktiv və effektiv məzmunudur.
Rəisinin Kremldə namaz qılması
Ayətullah Rəisinin Kremldə namaz qılması səfər zamanı çoxlu media və ictimaiyyətin diqqətini çəkən mövzulardan biri oldu. Kiber məkanda isə cənab Rəisinin namaz qılanmasına aid şəkillər paylaşıldı və müzakirələrə yol açdı.
Qeyd edək ki, Kreml son əsrlərdə rus hökmranlarının sarayı olub, ən əsası isə 70 il boyunca kommunist ideologiyasının mərkəzi sayılıb.
Vitural aləm fəallarının bir çoxunun fikrincə, Rəisinin Kremldəki namazı böyük əhəmiyyət daşıyıb və bir vaxtlar ateizmə əsaslanan təfəkkürün iflasa uğraması mesajını verib.
Cənab Rəisinin Kremldə namaz qılması və Putinin İran Prezidentinin namazının bitməsini gözləməsi bütün Rusiya və Qafqaz KİV-lərində xəbər bombası kimi əks etdirildi və kiberməkan istifadəçiləri də Ayətullah Rəisinin namaz qılmasını əks etdirən görüntüyə fərqli münasibətlər bildirdilər.
Türkiyənin ən çox izlənən sosial media səhifələrindən biri Ərdoğanın Kremldə 40 dəqiqə Putinin gəlişini gözlədiyini əks etdirən şəkil ilə cənab Rəisinin namaz qılması şəkilini yanaşı qoyaraq yazıb: “Bəziləri Putini gözləyirlər, bəziləri də Putini gözlətdirirlər.”
Rəisi Moskvada ikən daşqın qurbanlarının vəziyyətini diqqətdə saxlayıb
Prezident Seyid İbrahim Rəisi Moskvada səfərdə olduğu zaman Kirmanın cənubunda daşqın qurbanlarının vəziyyətini diqqətdə saxlayıb və Prezident Administrasiyasının rəhbərinə Kirman əyalətinin cənubundakı daşqınla bağlı vəziyyəti izləmək və daşqın qurbanlarına lazımi xidmətlər göstərilməsi barədə tapşırıq verib. Preziden Rusiyaya iki günlük səfərdən qayıtdıqdan dərhal sonra Kirman əyalətinin cənubunda sel gəlmiş ərazilərə baş çəkməyə gedib. Prezidentin bu səfəri sosial medialarda çoxlu münasibətlərlə qarşılanıb və istifadəçilər Ayətullah Rəisinin dəyərli addımını “Prezidentin kim olmasının fərqi vardır” ifadəsi ilə yüksək qiymətləndiriblər.

 
  • Yazılıb
  • da (də) 2022 Jan 24
  • Göndərən جهان کمالی