Tarix : 2022 Jan 25
Kod 62185

İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri Füzulidən başlayıb

İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri birbaşa Azərbaycanın Füzuli şəhərindən başlayır.

Arannews -iRİB-in Bakı ofisinin məlumatına görə, İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Birgə İqtisadi Komissiyanın iranlı həmsədri Rüstəm Qasimi Azərbaycan Respublikasının yüksək səviyyəli rəsmiləri ilə görüşüb, fikir mübadiləsi aparmaq üçün bu ölkəyə səfər edib.
Azərbaycanda İranın nümayəndə heyətini Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və İranın Azərbaycan Respublikasındakı səfiri seyid Abbas Musəvi qarşılayıb.
İranın Azərbaycandakı səfiri deyib: "İşğaldan azad edilmiş Füzuli-Zəngilan və Horadizdə aparılan tikinti layihələri ilə tanışlıq, rabitə və nəqliyyat layihələrinin yekunlaşdırılması, birgə layihələrə investisiya qoyuluşu ilə bağlı dialoq və anlaşma iki ölkə görüşlərinin ən mühüm gündəmindəndir". 
Bakıya iki günlük səfəri çərçivəsində Qasimi Azərbaycan prezidenti İlham Əliyev, bu ölkənin baş nazir müavini Şahin Mustafayev, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşəcək.

  • Yazılıb
  • da (də) 2022 Jan 25
  • Göndərən جهان کمالی