Tarix : 2022 Jan 25
Kod 62188

Marneulidə hz. Fatimənin (s.ə) təvəllüdü münasibəti ilə tədbirlər keçirilib

Marneulidə yerləşən "Gürcüstan Əhli-beyt (ə)" cəmiyyətinin tədbir salonunda hər iki dünya xanımı Həzrət Fatimənin (s.ə) təvəllüdü münasibəti ilə tədbir təşkil olunub.
Arannews :Gürcüstan Müsəlman Qadınları İcmasının və “Zeynəb (s.ə) Qadınlar Birliyi"nin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Marneulinin rayon və kəndlərindən müsəlman xanımlar dəvət olunub.
Tədbiri Rəhimə Qurbanova xanım təbrik və giriş sözü ilə açıq elan etdikdən sonra sözü Qurani-Kərimdən ayələr tilavət etmək üçün Hafizə Hüseynovaya verib.
Sonra “Müsəlman Qadınlar İcması”nın üzvləri olan Kamilə Binnətova və Nahidə Hacıyeva xanımlar xanımı Hz. Fatimeyi Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından, ailə və qadınlara örnək olacaq həyat tərzindən geniş söhbətlər ediblər.
"Gürcüstan Əhli-beyt (ə)" cəmiyyətində təhsil alan din tələbələri Fatimeyi Zəhra (s.ə) haqda şeir və hədislər oxuyublar.
Mənəvi bayram əhval ruhiyyəsi ilə keçirilən tədbirdə Gürcüstanlı məddah Səid Həsən ilahilər ifa edib.
Sonda xanımlar arasında yarış təşkil olunub, qaliblərə hədiyyələr təqdim olunub. Tədbir dua oxumaqla sona çatıb.
Tədbir iştirakçıları bayram şirniyyatı süfrəsinə qonaq olublar. Onlara təqvim və dini posterlər hədiyyə edilib.
Qeyd edək ki, bu gün Marneulidə yerləşən İmam Hüseyn (ə) adına məsciddə də məscid əhli, ruhani və müəllimləri tərəfindən bayram tədbiri keçirilib.
Tədbirdə Quran kursu müəllim və tələbələri iştirak edib.
Bu günlərdə Hz. Fatimeyi Zəhranın (s.ə) təvəllüdü münasibəti ilə keçirilən tədbirlərin Mehriban Allah tərəfindən ali dərəcədə qəbul olmasını, hər növ zəhməti keçən hər kəsə isə əcr diləyirik.
  • Yazılıb
  • da (də) 2022 Jan 25
  • Göndərən جهان کمالی