Tarix : 2022 Jan 26
Kod 62190

Azərbaycan və İran iqtisadi əlaqələri genişləndirmək niyyətindədir

"Azərbaycan-İran əlaqələri çoxşahəli və çox dərindir".

Arannews -APA xəbər agentliyinə istinad edərək məlumat verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, iki ölkə səhiyyə, ticarət, energetika, gömrük və iqtisadiyyatın digər sahələrində sıx əməkdaşlıq edir.
Ş. Mustafayev onu da qeyd edib ki, hazırkı əlaqələrin bir qədər də genişləndirməsi üçün böyük imkanlar var.
 Baş nazirin müavini İran tərəfinə işğaldan azal olunan ərazilərdə həyata keçirilən bərpa işləri və gələcək planları barəsində də məlumat verib.
Öz növbəsində, R. Qasemi Azərbaycan və İran arasında olan iqtisadi əlaqələrin genişliyindən və onların inkişafı üçün olan imkanlar barəsində danışıb.
Nazir onu da əlavə edib, regionun tranzit imkanlarından istifadə hər iki tərəfə böyü imkanlar aça bilər.
Xatırladaq ki ,iran nümyəndə heyəti ötən gün azərbaycana səfər edib.

  • Yazılıb
  • da (də) 2022 Jan 26
  • Göndərən جهان کمالی