“Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv edərsə, İran tərəfi ABŞ-la danışıqlara hazırdır”.
“Arannews -Report” xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi ölkə əhalisinə müraciətində deyib.
“Bu günə qədər birbaşa danışıqlar aparılmayıb. Lakin bu gün biz bəyan edirik ki, əgər qarşı tərəf sanksiyaları ləğv etmək niyyətindədirsə, deməli, danışıqlar mümkündür”-deyə, İran Prezidenti vurğulayıb.