Tarix : 2022 Jan 29
Kod 62200

İrəvan rəsmi Bakının sərhədlə bağlı iradlarını gözləyir

Ermənistana hələ aydın deyil ki, sərhədlərin delimitasiya və demarkasiyasına dair təkliflərdən hansı rəsmi Bakı üçün qəbuledilməzdir.

Arannews :Modern.az xəbər verir ki, bunu yanvarın 28-də jurnalistlərə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib və əlavə edib ki, hər şey dəqiqləşmə mərhələsindədir.
“Azərbaycan tərəfdən təkliflər gözlənilirmi, yoxsa yeni təkliflər irəli sürüləcək” sualına Mirzoyan belə cavab verib:
“Müzakirələr hər zaman gedir, davam edir. İndi biz aydınlaşdırmağa çalışırıq ki, təkliflərlə bağlı hansı hissə hansı əsaslandırma ilə Bakı üçün xüsusilə qəbuledilməzdir və buna görə yeni həll yolları ola bilərmi”.
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yanvarın 19-da parlamentdə demişdi:
“Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası, gərginliyin azaldılması, təhlükəsizliyin və sabitliyin artırılmasına yönəlmiş tədbirlər paketi hazırlayıb və onu həm Rusiya tərəfinə verib, həm də vasitəçillərlə Azərbaycana çatdırıb”.

  • Yazılıb
  • da (də) 2022 Jan 29
  • Göndərən جهان کمالی