Tarix : 2022 Feb 02
Kod 62218

Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır

Bu gündən etibarən Türkiyə ilə Ermənistan arasında uçuşlar bərpa olunur.

Arannews :Modern.az xəbər verir ki, bir müddət əvvəl Türkiyə və Ermənistan nümayəndələrinin keçirdiyi görüşlər nəticəsində qarşılıqlı uçuşların başlanması qərara alınıb.
Türkiyə və Ermənistan arasında birbaşa uçuşların bərpası üçün Türkiyənin "Pegasus" və Ermənistanın "FlyOne" şirkətləri iki ölkənin mülki aviasiya qurumlarına müraciət edib.
Türkiyənin "Pegasus" Hava Yolları və Ermənistanın "FlyOne" şirkəti bu gündən qarşılıqlı olaraq İstanbul-İrəvan reyslərinə başlayır.
"Pegasus" İstanbul Sabiha Gökçen Hava Limanından İrəvan Hava Limanına bazar ertəsi, cümə axşamı və şənbə günləri, İrəvan Hava Limanından isə Sabiha Gökçen Hava Limanına çərşənbə axşamı, cümə və bazar günləri uçuşlar həyata keçirəcək.
"FlyOne" isə bazar ertəsi, çərşənbə və cümə günləri İrəvandan İstanbul hava limanına uçuşlar edəcək.

  • Yazılıb
  • da (də) 2022 Feb 02
  • Göndərən جهان کمالی