Tarix : 2022 Feb 05
Kod 62223

Təbriz Universitetinin rektoru: Aşura ədəbiyyatı Aşura qiyamının təcəllilərindən biridir

Doktor Nəsrullahzadə deyib: “Aşuranın və İmam Hüseynin (ə) tarixi qiyamının əzəmətinin təzahürlərindən biri də onun şairlərin şeirlərində, natiq və yazıçıların kəlamlarında özünü əks etdirməsidir.”
AranNews-in Təbriz Universitetinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, doktor Nəsrullahzadə V Beynəlxalq Aşura Ədəbiyyatı Konqresində deyib: “Aşuranın və İmam Hüseynin (ə) tarixi qiyamının əzəmətinin təzahürlərindən biri də onun şairlərin şeirlərində, natiq və yazıçıların kəlamlarında özünü əks etdirməsidir. Aşura ədəbiyyatının mənşəyi İmam Hüseynin (ə) Aşurasıdır.”
Təbriz Universitetinin rektoru qeyd edib ki, İslam İnqilabından sonra Aşura ədəbiyyatı emosional və epik vəziyyətdən dini bir vəziyyətə çevrildi, İnqilabın davam etməsinə, fədakarlıq və şəhadət mədəniyyətinə, xalqın dini mədəniyyətinə böyük təsir göstərdi.
Rektor vurğulayıb: “Şübhəsiz ki, İslam İnqilabının formalaşması, qələbə çalması və davam etdirilməsi İmam Hüseynin (ə) qanının bərəkəti, Aşura mədəniyyətinə söykənmək və İmam Xomeyninin (ə) müdrik rəhbərliyi ilə bağlıdır.”

 
  • Yazılıb
  • da (də) 2022 Feb 05
  • Göndərən جهان کمالی