İran-Azərbaycan sərhəd-keçid məntəqələrində yük maşınlarının keçidi sürətlənəcək.
Arannews -APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran və Azərbaycan gömrükçülərinin görüşündə razılıq əldə olunub.
Astara Gömrük İdarəsinin inzibati binası baş tutmuş görüşdə iki ölkə rəsmiləri sərhəd-keçid məntəqələrindən TIR-ların gözləmə müddətinin azaldılması və yük maşınlarının sərhəddən keçid prosesinin sürətləndirilməsi haqqında razılıq əldə ediblər.
Qeyd edək ki, iki ölkənin rəsmilərinin məlumatına görə, ötən 11 ayda İran və Azərbaycan arasında yük maşınlarının keçidi 62.5 faiz artıb.