Tarix : 2022 Feb 06
Kod 62227

Çin və Rusiya prezidentləri Pekində görüşüblər

2022-ci il qış olimpiya oyunlarının açılış mərasində iştirak etmək üçün Pekinə getmiş Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Tsin Pinlə görüşüb.

Arannews : Rusiya prezidenti bu gün axşam çinli həmkarı ilə görüşdə iki ölkə əlaqələrinin ardıcıl inkişafını strateji iştirak və dostluq əhval-ruhiyyəsində misilsiz adlandırıb və Rusiya-Çin əlaqələrini iki ölkənin inkişafına kömək və səmimi ikitərəfli əlaqələrin genişlənməsindən bir nümunə adlandırıb. Rusiya prezidenti müzakirələr bitdikdən sonra Pekin qış olimpiya oyunlarının açılış mərasində iştirak edib.
Məlumatlara əsasən, iki ölkənin başçıları bu müzakirələr gedişində mühüm beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. İki tərəf bu səfərin nəticələri əsasında birgə bəyanat yayıb, Rusiya və Çinin beynəlxalq problemlərin əsas məsələləri barədəki ortaq mövqeyini sərgiləyib.
Bu səfərin fonunda qeyd edək ki, ABŞ, İngiltərə və bəzi digər Qərb ölkələri idmanı siyasiləşdirməklə Pekin qış olimpiya oyunlarını diplomatik cəhətdən boykot ediblər.

  • Yazılıb
  • da (də) 2022 Feb 06
  • Göndərən جهان کمالی