Tarix : 2022 Feb 06
Kod 62228

Azərbaycanın etirazı: Sülhməramlılar zəmanət verdi

“Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni separatçısı da olub”.

Arannews -Modern.az xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib.
Onun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan tərəfi Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə narazılığını və etirazını bildirib:
“Rusiya sülhməramlılarının rəhbərliyi bir də belə hala yol verilməyəcəyinə söz verib. Ümid edirəm ki, belə hal bir daha təkrarlanmayacaq. Qarabağ Azərbaycandır!”.
Eyni zamanda, “Caliber” Teleqram kanalında yer alan xəbərdə qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti məsuliyyət zonalarında hərəkət edən Azərbaycana məxsus avtomobillərə bundan sonra ermənilərin yaxınlaşmayacağına dair zəmanət verib.
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında Azərbaycana məxsus avtomobil karvanında aparılan yoxlamalar zamanı sülhməramlıların yanında erməni separatçılarının da olması ictimaiyyət tərəfindən etirazla qarşılanmışdı.

  • Yazılıb
  • da (də) 2022 Feb 06
  • Göndərən جهان کمالی