Rusiyalı sülhməramlılar separatçıların yeni təxribatına şərait yaradırlar. Ermənilər Qarabağdakı təmas xətlərində elektrikli hasarlar çəkməyi planlaşdırır.
Arannews : erməni mediası xəbər verir ki, qondarma DQR-nin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan fevralın 4-də keçirilmiş yekun mətbuat konfransında deyib: "Yaxın gələcəkdə elektrik gücünü artırmaq üçün bəzi investisiya planları var.
Separatçı məmur qeyd edib ki, "nazirliyin proqramları çərçivəsində enerji sahəsində tikintilərə xeyli vəsait ayrılıb. Onlardan biri “elektrik çobanı” adlanır. Söhbət otlaqda mal-qaranın hərəkətini məhdudlaşdıran, yəni kənar yerlərə çıxmamasını təmin edən qurğudan gedir. "Elektrik çobanı"nın işləmə prinsipi tel boyunca qısamüddətli yüksək gərginlikli impulsların ötürülməsinə əsaslanır. Heyvan məftillə təmasda olduqda ağrıya səbəb olan elektrik cərəyanı alır və geri qaçır.
Bundan əvvəl belə bir məlumat da yayılmışdır ki, Qarabağda yerləşən erməni separatçıları qondarma “konstitusiya islahatları”na başlayır, “ərazilərin işğaldan azad edilməsi haqqında” qanun qəbul edir, sülhməramlılarla birlikdə Azərbaycanın maşınlarını yoxlayır.
Qeyd olunur ki, “Ərazilərin azad edilməsi” qanunu da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil edilən Şuşa, Hadrut və digər ərazilərə iddia edilməsi məqsədi daşıyır.
Ekspertlər deyirlər ki, Qarabağda sakitlik və sülhməramlıların ermənilərə loyallıq göstərməsi separatçıların möhkəmlənməsinə şərait yaradıb.