“Arannews :Pakistanın Baş naziri İmran Xan son 23 ildə (sonuncu dəfə sabiq Baş nazir Nəvaz Şərif 1999-cu ilin martında Rusiyaya səfər edib-red) Rusiyaya ikitərəfli səfər edəcək ilk baş nazir olacaq”, - Hindistan kanalı qeyd edib.
Məlumata görə, danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətləri, müdafiə məsələlərini, Əfqanıstandakı vəziyyəti və “Pakistan axını” qaz kəmərini müzakirə edəcəklər. Xanın nümayəndə heyətinə Pakistanın Nazirlər Kabinetinin nazirləri daxildir. Rusiyaya səfər dəvətinin Rusiya lideri Vladimir Putin tərəfindən edildiyi vurğulanır.
Bundan əvvəl Xan Vladimir Putinlə telefonla danışıb. Söhbət zamanı bir sıra məsələlər müzakirə edilib.