Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının hərbi həkimləri keçmiş Ağdərə rayonunda tibbi reyd keçiriblər.
Arannews : bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya kontingentinin həkimləri rayondakı bir kəndin 50-yə yaxın sakinini pulsuz müalicə ediblər.
Ümumilikdə isə ilin əvvəlindən Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Qarabağın 200-dən çox sakininə tibbi yardım göstərib.
Rusiyanın Azərbaycan Respublikası ərazilərində yerləşdirilmiş sülhməramlılarının fəaliyyətini tənqid edənlər bildirirlər ki, sülhməramlılar nəzarət etdikləri ərazilərdə əslində Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının fəaliyyətini təşkil etməlidirlər. Tənqidçilərə görə vsəhiyyə sahəsində Azərbaycanın Səhiyyə Nazirliyi rusiyalı sülhməramlıarın nəzarəti altında Xankəndi və Qarabağın ermənilər yaşayan digər hissələrində öz fəaliyyətini təşkil etməlidir.