Tarix : 2022 Feb 09
Kod 62239

Putinlə Makronu ayıran uzun masanın SİRRİ

Xəbər verdiyimiz kimi, ötən gün Fransa Prezidenti Emmanuel Makron Rusiyaya işgüzar səfər edib. Səfər zamanı Makron rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Liderlər Ukrayna ətrafındakı vəziyyət, Avropada gərginlik, təhlükəsizlik təminatı və digər aktual mövzuları müzakirə ediblər.

RArannews:usiyalı tanınmış politoloq Qriqori Trofimçuk Makron-Putin görüşün əhəmiyyətini, eləcə də dünyanın danışdığı uzun masada gizlənən mesajları eksklüziv olaraq Modern.az-a şərh edib.

Onun fikrincə, liderlərin Moskva görüşü heç nə vəd etmir, çünki söhbət bütün Avropanın təhlükəsizliyindən gedir:

“Fransa Prezidenti bu halda Avropanın taleyinə qərar verə bilməz. Xüsusən də Emmanuel Makron kimi açıq-aşkar zəif bilinən başçı bunu edə bilməz. İlk olaraq qeyd edək ki, pərdənin arxasında dayanan və Parisin hərəkətlərini istiqamətləndirən Ağ Evdir.

Ağ Evin nöqteyi-nəzərincə, Fransa və Almaniya 2015-ci ildə Minsk-2 danışıqlar prosesi çərçivəsində Normandiya formatında bir neçə əsas vəzifəsini yerinə yetirməyiblər. Amerikanın əvvəldən istəyi Alman-Fransız qolunun köməyi ilə Rusiyanı "əymək"dir. Lakin Paris və Berlindən olan zəif siyasətçilər açıq şəkildə uğursuzluğa düçar oldular".

Politoloq hesab edir ki, bu gün Makron təxminən keçmiş prezident kimi görünür, Rusiyaya sadəcə rolunu əvəz etməyə gəlmişdi:

"Avropa Birliyinin əsas siyasətçisi roluna, hətta Ukrayna problemlərinin həllində Makron düzgün seçilmiş adam deyil. Bunu biz dünən keçirilən görüşdə də gördük. Ona görə də Vaşinqton indi Almaniya kansleri Olaf Şoltsa ümid bəsləyir. Eyni zamanda, Moskva Donbasda 2015-ci ildə dayandırılan müharibə prosesindən tamamilə razı idi. Bu fasilə yeddi ildir davam edir, amma Qərb və Amerika bu gün sakitliyi pozmağa çalışır.

Bundan əlavə, Minsk-2 prosesi bu səbəblərə görə əhəmiyyətsiz görünür. Belarusun paytaxtı artıq danışıqlar platforması ola bilməz, çünki Belarusun özü Ukrayna-Rusiya qarşıdurmasına getdikcə daha çox cəlb olunur. Ona görə də bütövlükdə danışıqlar heç nəyi həll etməyəcək".

"Vladimir Putin və Emmanuel Makronun danışıqlar apardığı masa artıq dünyada gündəmə çevrilib. Bu halda masanın uzunluğu istər-istəməz çox uzanan Minsk-2-ni vurğulayır. Amma hər şey bu masa haqqında zarafatlarla bitsəydi, yaxşı olardı. Müharibə heç bir zarafatı ehtiva etməyən əsas problemdir. Bu müharibə həm Ukrayna, həm də ümumavropa problemidir. Amma istənilən yerdə danışmaq olar, əsas nəticə olsun. Hətta əsgər çadırında da danışmaq olar. Amma nəticə yoxdur və olmayacaq, bu illüziyalardan uzaqlaşmağın vaxtıdır” , - deyə Qriqori Trofimçuk Fransa-Rusiya liderlərinin dünənki görüşünə toxunub.

  • Yazılıb
  • da (də) 2022 Feb 09
  • Göndərən جهان کمالی