“Ermənistan son illərdə birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş hesab edilən 108 nəfərin cəsədinin qalıqlarını Azərbaycana təhvil verib”.
Arannews-modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.
“Bundan əlavə, daha 2 nəfərin cənazəsi yaxın vaxtlarda təhvil veriləcək. Bu işlərə 2020-ci ilin əvvəlində başlanılıb”,- deyə Paşinyan vurğulayıb.