Koronavirusun "Omicron" ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.
Arannews-Modern.az xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu məlumat yayıb.
O qeyd edib ki, Ərdoğanın son iki gündə verdiyi testlərin cavabı mənfi çıxıb.
"Məncə, çox yaxında, hətta sabah prezidentimizin rutin proqramına dönəcəyik", - deyə həkim bildirib.
Qeyd edək ki, Ərdoğan və xanımı fevralın 5-də koronavirusa yoluxmuşdu.