Tarix : 2022 Feb 12
Kod 62246

İranın yeni “Xeybərşekən” raketinin təqdimatı əks-səda doğurdu

Bir sıra KİV-lər İranın Xeybərşekən adlı yeni raket təqdim etməsinə reaksiya veriblər.
 
Arannews :Sionist rejim KİV-ləri
Jerusalem Post ingiliscə: İran müsəlmanların fəth etdiyi yəhudi vahəsinin adını daşıyan yeni raketini nümayiş etdirib.
2015-ci il nüvə sazişini xilas etmək üçün Tehran və Vaşinqton arasında dolayı danışıqların bərpasından bir gün sonra dövlət televiziyası İranın 1450 kilometr məsafədə hədəfi vuran yerli istehsal olan yeni raketini nümayiş etdirdiyini bildirdi.
İran Yaxın Şərqdə ən böyük raket proqramlarından birinə sahibdir.
Haaretz ivritcə: İran 1450 km məsafəyə çata biləcəyini iddia etdiyi yeni raketini nümayiş etdirib.
İslam İnqilabının 43-cü ildönümü münasibətilə əvvəllər müsəlman döyüşçülər tərəfindən işğal edilmiş yəhudi qalasının adını daşıyan “Xeybərşekən” raketi nümayiş etdirilib və iranlılar bu raketin çox dəqiq olduğunu, habelə raketdən müdafiə sistemlərindən yayına biləcəyini deyirlər. 
Haaretz ingiliscə: İran İsraildəki hədəfləri vura bilən yeni raketini təqdim edib. 
Debka ivritcə: İran 1450 km mənzilli yeni ballistik raket təqdim edib və onların bildirdiklərinə əsasən, bu raket İsraildə istənilən yerinə çata bilər və raketdən müdafiə sistemlərinə nüfuz edə bilər.
Bu raketin adı İslam Peyğəmbərinin əsgərlərinin Xeybər yəhudilərini məğlub etdikləri döyüşdən götürülüb. 
Yediot Ahronot ivritcə: Rok musiqisi ilə İsrailə bir mesaj: İran uzaqmənzilli raketini nümayiş etdirdi.
Bu  raket Vyanada nüvə razılaşmasını xilas etmək üçün aparılan danışıqlarda müsbət irəliləyiş müşahidə edildiyi bir vaxtda nümayiş etdirilir.
Xeybər Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığındakı bölgənin adıdır ki... 
İ24NEWS ingiliscə: İran İsraili vura bilən uzaqmənzilli raketini nümayiş etdirib. Bu strateji silah yüksək manevr qabiliyyəti ilə raket sipərindən keçməyə qadirdir. 
Wala ivritcə: İran 1450 km mənzilli olduğunu iddia edən yeni raket təqdim edib.
İranın ballistik raket proqramı qərbi, xüsusən də İsraili narahat edir. Lakin Tehran böyük arsenalının müdafiə xarakterli olduğunu iddia edir və bu haqda hər hansı danışıqları rədd edir. Nüvə sazişini tənqid edənlər iddia edirlər ki, saziş İranın raket proqramını da ehtiva etməlidir. 
İsrael HaYom ivritcə: İran Məhəmmədin fəth etdiyi yəhudi qalası ilə eyni adlı yeni raket təqdim etdi.
Nüvə danışıqlarının səkkizinci raundundan bir gün sonra İslam Respublikası yeni silahını nümayiş etdirdi.
İran qərbin səylərinə paralel olaraq İran və güclər arasında nüvə danışıqlarının səkkizinci raundundan bir gün sonra yeni raket təqdim edərək üsyankar addım atdı. Bu raket İsraili və ABŞ-ın bölgədəki əksər bazalarını vura bilər. 
Jerusalem Post ingiliscə: İran yeni raketini anti-yəhudi döyüşünün adı ilə adlandırıb?
İran mediaları yeni silahı və yeni adı açıqlayanda bu raketin birbaşa İsrailə qarşı hücumlarla əlaqələndirmədilər. Lakin həmin raketin mənzili İranın qərbindən İsrailə çata biləcəyi mənasını daşıyır.
Bölgədəki Xeybərə istinadın İsrail və yəhudilərə qarşı müharibə çağırışı kimi istifadə edildiyi şübhəsizdir. Amerika Yəhudi Komitəsi qeyd edib ki, may ayında İsrail və HƏMAS arasında müharibə zamanı Avropada və ABŞ-da keçirilən antisemit nümayişlərində bu qəbildən olan şüarlar yer alıb.

 
  • Yazılıb
  • da (də) 2022 Feb 12
  • Göndərən جهان کمالی