22 bəhmən( 11 fevral) İmam Xomeyninin(r.ə) rəhbərliyi altında İran xalqının islami inqilabının qələbə çaldığı gündür
Arannews :1979-cu il fevralın 11-də İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) 14 illik sürgündən sonra vətənə qayıtmasından sadəcə 10 günlük fasilə ilə, şahlıq rejimi həmişəlik olaraq tarixin zibilliyinə tullandı.
1979-cu il fevralın 11-də İran xalqının mübarizələri artıq səmər verdi və Pəhləvi şahlıq rejiminin 57 illik zülmünə son qoyuldu və və müasir dünyada ilk dəfə olaraq İranda vilayəti fəqih məfkurəsi əsasında islam dininin qanunları çərçivəsində siyasi quruluşun yaradılmasına başlanıldı.
Məhz buna görə də 22 bəhmən(11 fevral) İran xalqının siyasi-ictimai tarixində ən əlamətdar gün olaraq xalqın ürəyində və yaddaşında yaşadılır.