fevralın 11-də Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu və onun vəkili Nemət Kərimli ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşüb. ABŞ-ın Azərbaycandakı Səfirliyində keçirlən görüş bir saatadək davam edib.
Arannews ;ABNA24 Xəbər Verir,Tofiq Yaqublu Turan-a bildirib ki, görüş çox maraqlı və səmərəli olub.
"Səfirliyin ötən il dekabrın 1-də polisin mənə qarşı törətdiyi vəhşiliyini ilk andan diqqətlə izlədiyini bildirən cənab səfir, məndən və Nemət bəydən bu haqda əlavə məlumatlar aldı. Bundan əlavə ölkədəki ictimai-siyasi vəziyyət haqqında geniş fikir mübadiləsi apardıq", deyə Yaqublu qeyd edib.
Azərbaycan Respublikasında siyasi bir fəalın ölkənin ictimai-siyasi vəziyyətini əcnəbi dövlətin səfiri ilə müzakirə etməsi heç də birmənalı qarşılanmır.
Belə suallar səsləndirilir ki, ABŞ səfirinin tanınmış bir siyasi fəalı qəbul etməsi, onun polislər tərəfindən döyülməsi ilə maraqlanması və onunla siyasi mövzularda fikir mübadiləsi aparması, əcnəbi səfirin səlahiyyətlərinə nə dərəcə də yuğun hesab oluna bilər?
Həmçinin ABŞ və Avropa dövlətlərinin Bakıdakı səfirləri tərəfindən buna oxşar hərəkətlər Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə deyilmi?
Azərbaycanın suverinliyini görməməzliyə vuran bu kimi hərəkətlərə rəsmi Bakı nə kimi reaksiya verməlidir?