Tarix : 2022 Feb 14
Kod 62256

Müdafiə Nazirliyində Sadəcə 4 zabit 10 milyon manat mənimsəyib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin 4 vəzifəli zabitinin 10 milyon manatlıq mənimsəmə ittihamı ilə bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Arannews :Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

  • Yazılıb
  • da (də) 2022 Feb 14
  • Göndərən جهان کمالی