Tarix : 2022 Feb 15
Kod 62259

Ramiz Mehdiyev AMEA Prezidenti postundan istefa verib

“Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”.

Arannews-Bu barədə APA-ya AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev məlumat verib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub: “Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

Xatırladaq ki, son günlər məşhur akademiklər ramiz mehdiyevin fəalliyətini tənqid edərək onu istefa verməyə çağırmışdılar.

  • Yazılıb
  • da (də) 2022 Feb 15
  • Göndərən جهان کمالی