Gürcüstanda itkin düşmüş azərbaycanlı Nazim Nəbiyevin yaxınları Tbilisidə parlament binası qarşısında aksiya keçiriblər.
Arannews :aksiya iştirakçıları Gürcüstan hüquq mühafizə orqanlarını N. Nəbiyevin axtarışları ilə bağlı fəaliyyətsizlikdə günahlandırıblar.
Aksiyaçıların sözlərinə görə, polis axtarışların davam etdirildiyini açıqlasa da, heç bir nəticə əldə edilməyib.
Məlumatda deyilir ki, Saqareco rayonunun Yormuğanlı kəndindən olan N. Nəbiyev bu il yanvarın 4-də Kaspi rayonuna mal-qara almaq məqsədi ilə gedib, lakin bir daha geri qayıtmayıb.
Yaxınları onun üzərində 32 min lari pul olduğunu və bu səbəbdən itkin düşə biləcəyini ehtimal edirlər.