Tarix : 2022 Feb 16
Kod 62263

Putindən separatçı qurumların tanınması ilə bağlı AÇIQLAMA

“Rusiyanın qondarma “Luqansk və Donetsk Xalq Respublikaları"nı tanıması siyasi fəlakət və Minsk razılaşmasının pozulması olacaq”.

Arannews :Modern.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, Ukrayna böhranı ilə bağlı diplomatik imkanların hələ də qaldığını əlavə edib.
Rusiya lideri isə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması ilə bağlı Dövlət Dumasının bugünkü müraciətindən məlumatlı olduğunu dilə gətirib.
Rusiya prezidenti deputatların Donbas sakinlərinin kədərini bölüşən seçicilərə qarşı həssas olduğunu söyləyib: “Dövlət Dumasında səsvermə, məncə, bu və ya digər şəkildə, əlbəttə, bununla bağlıdır. Çünki parlamentin deputatları, hər bir ölkədə olduğu kimi, Rusiyada da ictimai rəyi rəhbər tuturlar, özlərinin seçicilərinin rəyini rəhbər tuturlar. Bu baxımdan, tamamilə aydındır ki, ölkəmizdə insanların böyük əksəriyyəti Donbas sakinlərinin dərdinə şərikdir, onları dəstəkləyir və orada vəziyyətin yaxşılığa doğru köklü şəkildə dəyişəcəyinə ümid edir”.

  • Yazılıb
  • da (də) 2022 Feb 16
  • Göndərən جهان کمالی