Tarix : 2022 Feb 16
Kod 62264

Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb

Azərbaycanda Ümrəyə yollanmaq üçün müraciətlərin sayı açıqlanıb

Arannews :Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti Ümrə ziyarəti fevralın 17-də təşkil olunacaq. Hazırda ziyarət üçün təqribən 40 nəfərin müraciət etdiyi bildirilib.
Qeyd olunub ki, ziyarətin qiyməti dəyişməz olaraq qalmaqdadır. Belə ki, bir nəfər üçün Ümrəyə gediş-gəliş 1440 dollar (2450 azn) təşkil edir. Lakin zəvvarlar 1630 dollar (2770 azn) ödəyərək daha rahat və ziyarətgaha yaxın otellərdə məskunlaşa bilərlər.
Səudiyyə Ərəbistanına daxil olmaq üçün ya 2 “Sinovac” və 1 “Pfizer” və ya 2 “Pfizer” vaksini ilə peyvənd olunmaq vacibdir. Bundan öncə, fevralın 3-ü və 10-u Azərbaycandan Ümrə ziyarətinə gedişlər baş tutub.

  • Yazılıb
  • da (də) 2022 Feb 16
  • Göndərən جهان کمالی